1800-cü illərə qədər heyvanların deyil, insanların dəfn mərasimi müqəddəs sayılıb. O zamanlar, heyvanların dəfn edilməsi və heyvan üçün yas tutulması mənasız, gülünc, hətta utancverici hesab edilib. Lakin bu vəziyyət, heyvan sahiblərini narahat edib.

İlk heyvan dəfn mərasiminin tarixi 1881-ci ilə, Londonda Cherry adlı itin ölümündən sonraki vaxta gedib çıxır. 1899-cu ildə açılan Parisdəki məşhur heyvan qəbiristanlığı, heyvanların Sena kimi çaylara atılmasının qarşısını almaq üçün yaradılıb. Digər mədəniyyətlərdə məsələn, Taylandda heyvanlara həsr olunmuş Buddist məbədi heyvan hüquqlarının tanınmasının simvoluna çevrilib. Orada dəfn mərasimləri, rituallar edilir.
"Ev heyvanının ölümü, insan ölümü kimi deyil. Heyvanlarımız bizim bir növ güzgüdəki halımıza çevrilir. Yəni ev heyvanınız öldükdə, sanki sizin bir parçanız yox olacaq və siz heç vaxt bir daha özünüz kimi hiss etməyəcəksiniz. Bununla da, həqiqətən sağala bilməyəcəksiniz”,– amerikalı yazıçı Coudinaris deyib.
Mənbə: Euronews
Tərcümə etdi: Fatimə Kərimli
