Bu gün:

Psixologiyada tənzimləmə nədir?


Tənzimləmə nədir? 

İçində olduğumuz vəziyyətə uyğun olaraq özünü tənzimləmək qabiliyyətinə tənzimləmə deyilir. Bu, bir çox stress faktorlarını hiss etmək və hansı amillərə diqqət yetirmək və hansı amilləri görməməzlikdən gəlmək barədə qərar vermək məsələsidir. Ümumiyyətlə, biz əslində tənzimləyə bildiyimiz stress faktorlarının birləşməsiyik. Tənzimləndiyimiz zaman beynimizin bütün bölmələrinə həm fizioloji, həm də nevroloji olaraq çatma şansımız olur; öyrənmək, inteqrasiya etmək, bağlanmaq üçün...
Fiziki, zehni və emosional olaraq nəyə ehtiyacımız olduğunu dərk edə bilirik və tənzimləndiyimiz zaman ehtiyacı ödəmək üçün sağlam həllər düşünə bilirik.

Tənzimləməni itirdiyimiz zaman beynin bu mühüm sahələri öz-özünə bağlanır, onlara çatmaq olmur və bu o an üçün vacib görünmür. Öyrənmə və yaddaşın ötürülməsi kimi vacib hissələrə giriş mümkün deyil. Bununla belə, öyrənmə yalnız bütün sahələrdən istifadə etməklə əldə edilə bilər.

Tənzimləməni bir qəhvə fincanı kimi düşünə bilərsiniz. Hərəkət etmək üçün hamımızın müəyyən bir stress səviyyəsinə ehtiyacı var və bu stressorlar bir çox müxtəlif sahələrdən gələ bilər.          

Tənzimlənən davranış nümayiş etdirə biləcəyimiz optimal səviyyəyə çatmaq üçün hər halda fincanımızda bir qədər stressə ehtiyacımız var; Gündəlik həyatda bu stress mənbələrindən bəzilərini (emosional stress, fiziki stress, sosial stress, duyğu stressi və s.) fincanımıza qoyuruq. Fincanımız dolmağa başlayanda, məsələn, duyğu stressimiz çox yüksəkdirsə və ya biz ac, yorğun, xəstəyiksə yaxud dil/ünsiyyət problemləri olan bir uşağıqsa-bunlar fincanımızı doldura bilər və nəticədə digər stresslərin daxil olması üçün fincanımızda çox az yer qalmış olar.

Əgər fincan bunlardan biri ilə tamamilə və ya demək olar ki, doludursa (məsələn, hissiyyat çətinliyi), başqa bir stress əlavə edildikdə fincan daşacaq. Bu, sadəcə pis stress olmaya bilər; Bu, həm də yeni öyrənmə (dil öyrənmə, akademik öyrənmə və s.) prosesi ola bilər. Xüsusilə uşaqların fincanı hissiyyatın yaratdığı stresslə dolu olduqda, onlar sosial və emosional inkişaf mərhələlərinə hazır olmaya bilərlər. Bu, tutum məsələsindən daha çox yer çatışmazlığı məsələsidir. Bəzən fincan dolu, bəzən yarı dolu ola bilər, buna görə də tamaşalar eyni stimula qarşı fərqli ola bilər. Bir vəziyyətdən digərinə keçid (məsələn, yemək, ayaqqabı geyinmək) xüsusilə çətin ola bilər. Buna görə də, partlayışdan əvvəl fincanı doldurmuş ola biləcək bütün digər dəyişənləri tapmaq lazımdır.

Bəs fincan daşsa nə olar?

İstifadə etdiyimiz dil baxımından kifayət qədər manipulyasiya edici davrana bilərik, zorakı davranışlar, gərginlik, qəzəb partlayışları və ya əksinə, sosial təcrid, fərqli qruplara qoşulmaqdan çəkinə bilərik. Xüsusilə uşaqlarda hər cür öyrənmə hərəkətlərinə qarşı öz-özünə qapanma görülə bilər. Eyni şey böyüklər üçün də keçərlidir və xüsusilə iş həyatında onlar bunun mənfi əksini daha aydın görə bilirlər.  

Tənzimləməni dəstəkləmək üçün ətraf mühitin fərqinə varıb və diqqəti mərkəzləşdirməyə kömək edən orqan fəaliyyətləri çox xeyirlidir. Oyun əsnasında, düzgün əmr və göstərişlərlə tərtib edilmiş, bədənin aktiv istifadə olunduğu fəaliyyətləri yerinə yetirdikdə və bu oyunlara duyğu sistemini inkişaf etdirən fəaliyyətləri əlavə etdikdə tənzimləmə qabiliyyətini xeyli genişləndirmiş oluruq.

Eda Özbay Özarslan
Exp. Bioloq və Psixologiya Elmləri Mütəxəssisi. / Yaradıcı Dram Təlimçisi

Mənbə: Adel danışmanlık
Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et