Bu gün:

"Arıqlama iynələrinin yan təsirləri..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı funksional tibb diyetoloqu Tükəz Əhməddir. O, arıqlatma iynələrinin yan təsirlərin danışıb.


Məlumdur ki, günümüzdə artıq kilodan əziyyət çəkən insanlar müəyyən iynələrdən istifadə edir. Bəs arıqlamaq üçün istifadə edilən iynələr orqanizmdə hansı fəsadlar yarada bilər?

Günümüzdə trendə çevrilən arıqlatma iynələri artıq çəkini azaltmağa kömək olmaqla yanaşı, müəyyən yan təsirlərə malikdir. Bunlar kimyəvi tərkibinə görə müxtəlif qruplara bölünür. Ümumiyyətlə, bu iynələrin bədən kütlə indeksi 27dən yüksək, həmçinin bədən kütlə indeksi 30an yüksək və yanaşı xəstəliyi olan insanlar, çəkisi 60 kqdan yuxarı olan 12-17 yaşlı uşaqların qəbulu məsləhət görülür.

Liraqlutid iynələrinin yan təsirlərinin başında qalxanvarı vəzi xərçəngidir. Əgər bu iynənin inyeksiyasından sonra boyunda şişkinlik, nəfəsalma və ya udma çətinliyi yaşayırsınızsa, mütləq həkiminizə məlumat verin. Bu tiroid xərçənginin simptomları ola bilər. Siçanlar üzərində aparılan bir araşdırmada bu tip iynələrin heyvanlarda tiroid xərçənginə səbəb olduğu görülüb. İnsanlarda eyni təsir göstərəcəyi məlum deyil.

Sizdə və ya ailə üzvlərinizdə aşağıda göstərilənlər varsa, liraqlutidlərdən istifadə etməyin:

- Sizdə və ya ailənizdə medulyar tiroid karsinoma və ya tip 2 çoxşaxəli endokrin

neyroplaziya var və ya olubsa;

- Liraqlutid tərkibli dərmanlara qarşı allergiyanız varsa;

- Hamiləsiniz və ya hamiləlik planlayırsınızsa.

Eyni zamanda aşağıdakı halları yaşayırsınızsa, bu iynələrin qəbulundan öncə həkiminizlə məsləhətləşin:

- GLP-1 reseptor antoqonistləri adlanan dərmanlar qəbul edirsinizsə

- Mədə ilə bağlı ciddi problemlər yaşayırsınızsa (qidanın həzmi və ya mədənin

boşalmasında)

- Mədəaltı vəzi, böyrək, qaraciyərinizdə müəyyən problemləeiniz var və ya olub

- Depressiya, intihar düşüncəsi və ya başqa mental sağlıq problemləri var vəya olub

- Süd verirsiniz və ya süd verməyə hazırlaşırsınızsa, bu iynələrin südlə körpəyə ötürülməsi barədə məlumat yoxdur.

Bu iynələr inyeksiyası nə kimi nə yan təsirlər göstərə bilər :

- Mədəaltı vəzinin iltihabı (pankreatit)

- Ödkisəsi problemləri. Öd daşına səbəb ola bilər

- Dərman və ya iynə müalicəsi alan tip 2 diabet xəstələrində şəkərin aşağı düşməsi riski

- Şəkərli diabet olmayan 12 yaşlı və ya ondan böyük uşaqlarda şəkərin düşməsi

- Ürək döyüntülərinin artması

- Böyrək problemləri ( böyrək çatışmazlığı)

- Güclü allergik reaksiya

- Depressiya və ya intihar düşüncəsi

Bundan başqa, semaqlutid iynələr də var ki, onların da inyeksiyası yan təsirsiz ötüşmür. Yuxarıda qeyd olunan şikayətləri yaşayan insanlara bu iynələrlə də müalicə məsləhət görülmür.

Kilo vermək üçün semaqlutid qəbul edən insanlar aşağıdakı yan təsirləri yaşaya bilər:

- Başgicəllənmə

- Yorğunluq

- Ishal, qəbizlik kimi mədə- bağırsaq şikayətləri

- Baş ağrısı

- Ürəkbulanma, qusma, ağrı, şişkinlik kimi mədə şikayətləri

- Saç tökülməsi

Yan təsirləri azaltmaq üçün aşağı dozalardan qəbula başlamaq məsləhət görülür.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et