Bu gün:

Həddindən artıq həyəcanın əlamətləri hansılardır?


Həyəcan qorxu, qəzəb, qısqanclıq, kədər, sevinc və sevgi kimi emosional səbəblərlə özünü göstərən güclü və müvəqqəti emosional intensivlik halı olaraq təyin olunur. 

Həyəcan hissi insanda fizioloji olaraq özünü göstərir. İnsan həyəcanlı vəziyyətdə olanda psixoloji və fizioloji gərginlik yaşayır.

Həddən artıq həyəcanlanmanın əlamətləri:

•Nəfəs almaqda çətinlik çəkmək

•Tərləmə

•Ürək bulanma

•Bayılma hissi

Həddindən artıq həyəcan zamanı bədəndə nə baş verir?

Həddindən artıq həyəcan zamanı bir şəxs bədən və ya əl titrəmələri hiss edə bilər. Həyəcanlı olan adam tərləyə bilər. Ürək dərəcəsinin artması və ya azalması da müşahidə edilən əlamətlər arasındadır. Bundan əlavə, həddindən artıq həyəcan həzm sistemini də zədələyir. İnsanın nəfəs alması problemi ola bilər və tənəffüs balansı pozulur.

Mənbə: İnternettepsikoloq

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et