Bu gün:

Zəhərli göbələkləri necə müəyyən etmək olar?



Havaların isti keçməsi ilə meşələrə və düşərgə sahələrinə səfərlər artmağa başlayıb. Təbiətlə təmasda olduğumuz bu günlərdə kollarda, ağacların dibində bitən göbələklər diqqətimizi cəlb edir. Lakin ehtiyatsız istifadə edilən göbələklər zəhərlənməyə səbəb ola bilər. Xüsusilə, Qara dəniz və Egey bölgəsində tez-tez rast gəlinən göbələk zəhərlənməsinin əsası məlumat çatışmazlığından qaynaqlanır.

Göbələklər haqqında ümumi yanlış təsəvvürlər:

Bir çox göbələk zəhərlənmələri yanlış təsəvvürlərdən qaynaqlanır. "Həşəratların yediyi göbələklər zəhərli deyil, duzlu suda qaynatmaq göbələkdən zəhəri çıxarır, qurudulmuş göbələk zəhərli deyil, göbələk bişirmək zəhərliliyini aradan qaldırır: Cəmiyyətdə tez-tez eşitdiyimiz bu fikirlərin hamısı yanlışdır. Göbələyin zəhərli olub-olmadığını yalnız mütəxəssislər anlaya bilər.

Zəhərli göbələkləri necə müəyyən etmək olar?

Göbələklərin zəhərli olub-olmadığını müəyyən etmək üçün dəqiq meyarlar yoxdur. Ölkəmizin hər yerindən toplanan göbələklərin zəhərli olub-olmaması laboratoriya mühitində yoxlanılır. Yəni göbələk haqqında təcrübəsi və məlumatı olmayan insanlar üçün zəhərli göbələkləri aşkar etmək çox çətindir. Bununla belə, gözə çarpan rəngləri olan göbələklərin əksəriyyəti zəhərlidir. Göbələklərlə tanış olmaq təcrübə və bilik tələb edir.

Mənbə: Lezzet

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et