Bu gün:

Mifomaniya nədir?


Bəzi insanlar digərlərindən daha tez-tez yalan danışsalar da, bu, adətən psixi sağlamlıq vəziyyətinin əlaməti deyil. Ancaq patoloji yalanı, yəni yalançılıq xəstəliyini başqa cür qiymətləndirmək lazımdır. Yalan danışma pozğunluğu (mifomaniya) şəxsiyyət pozğunluğu kimi əsas psixi sağlamlıq vəziyyətinin əlaməti ola bilər. Sərhəd şəxsiyyət pozğunluğu kimi digər şərtlər də tez-tez yalan danışmağa səbəb ola bilər.

Yalan xəstəliyi, yəni patoloji yalan, yalanın vərdiş halına gəldiyi bir vəziyyətdir. Psixiatriyada buna mifomaniya deyilir. Bu əlaməti olan insanlara mitoman deyilir. Mif yunan muthos (əfsanə) və latınca mania (dəlilik) sözlərindən əmələ gəlib.

Yalan xəstəliyi, yəni "Patoloji yalan" özü bir xəstəlik deyil, digər psixiatrik xəstəliklərin əlaməti ola bilər. Yalan davranışı bəzi şəxsiyyət pozğunluğu, impuls nəzarəti pozğunluğu, narahatlıq pozğunluğu və ya depressiya olan psixiatrik xəstələrdə müşahidə oluna bilər .

Patoloji yalançı tez-tez hekayələrini insanları təsir edəcəyinə inandıqları şəkildə bəzəyən birisidir. Patoloji yalançı normal yalançıdan fərqli ola bilər, çünki patoloji yalançı dediyi yalanın doğru olduğuna inanır və cəmiyyətdə onun kimi davranır.

Mənbə: Memorial

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et