Bu gün:

Emosional yüklərdən qurtulma yolu: katarsisin psixoloji vacibliyi


Katarsis, emosional və ruhsal təmizlənmə prosesini ifadə edən bir anlayışdır. Bu termin ilk dəfə Antik Yunanda Aristotel tərəfindən tragediyanın izləyicilər üzərindəki təsirini təsvir etmək üçün istifadə olunmuşdur. Aristotel, tragediyaların qorxu və mərhəmət kimi güclü emosiyalar oyandıraraq izləyicilərin bu emosiyalardan təmizlənməsini təmin etdiyini iddia etmişdir. Katarsis, daha sonra Sigmund Freud tərəfindən psikanaliz teorisinin bir hissəsi halına gəlmiş və bastırılmış emosiyaların terapevtik şəkildə sərbəst buraxılması prosesi olaraq izah olunmuşdur.


Freud, katarsisi psikanalizin əsas texnikalarından biri kimi qəbul etmiş və şüuraltı emosiyaların sərbəst çağırış yolu ilə ortaya çıxarılaraq ifadə edilməsinin şəfa verici təsirlərini vurğulamışdır. Bu proses, adətən, fərdin travmatik bir hadisədən və ya bastırılmış emosiyalardan qaynaqlanan psixoloji sıxıntıların öhdəsindən gəlməsinə kömək edir. Freudun ilk xəstələrindən biri olan Anna  katarsis metodu ilə müalicə edilmiş və bu hadisə psikanalizin inkişafında əhəmiyyətli bir rol oynamışdır.


Katarsisin aqressiya və qəzəb kimi emosiyaların ifadəsi üzərindəki təsirləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər, bu cür emosional boşalmanın fərdlərdə rahatlama təmin edə biləcəyini müdafiə edərkən, digərləri bu metodun emosiyaların yalnız keçici olaraq bastırıldığını və uzun müddətli dövrdə aqressiv davranışları artıracağını irəli sürür. Müasir psixoterapiya tətbiqlərində katarsis, pasiyent emosional olaraq çətinlik çəkdiyi mövzuları ifadə etməsini təşviq edən bir metod kimi istifadə oluna bilər, lakin hər fərdin ehtiyaclarına uyğun olaraq uyğunlaşdırılması vacibdir.


Katarsisin terapiyada istifadəsi, müştərinin bastırdığı emosiyaları açığa çıxararaq daxili rahatlıq əldə etməsinə imkan tanıyır. Bu metod, xüsusilə itki, günahkarlıq hissləri və ya travmatik hadisələr kimi mövzularda faydalı ola bilər. Katarsis, insanın intensiv emosional təcrübələrini ifadə etməsi ilə birlikdə psixoloji yükünü yüngülləşdirir və psixoloji sağalma prosesini dəstəkləyir.


Katarsis, müxtəlif terapiya yanaşmalarında istifadə oluna bilən çox yönlü bir metoddur və adətən emosional rahatlama təmin edərək fərdlərin özlərini daha yaxşı hiss etmələrinə kömək edir.


Mənbə : Psychology Today 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et