
Müasir incəsənət muzeyində bir rəsmə baxanda “nəyi görürəm?” düşünmüsünüzmü?
Hamımız o anı yaşamışıq ki, gördüyümüz qeyri-adi sənət əsəri haqqında daha çox şey bilmək istəyirik. Müasir incəsənət sirli və düşündürücüdür, bu da onu dünyanın dörd bir yanındakı sənətçilər üçün həyəcan verici bir ifadə forması halına gətirir.
19-cu əsrdən əvvəl, sənətçilər daha çox zəngin sponsorlar və ya kilsə kimi institusiyalar tərəfindən sənət əsərləri yaratmaları üçün sifariş edilirdilər. Bu sənət əsərlərinin əksəriyyəti, izləyicini maarifləndirmək məqsədini güdən dini və ya mifoloji səhnələri təsvir edirdi. 19-cu əsrdə isə bir çox sənətçi öz şəxsi təcrübələrinə əsaslanan və seçdikləri mövzular haqqında sənət yaratmağa başladı. Psixoloq Ziqmund Freydin "Xəyalların Təfsiri" (1899) kitabının nəşri və şüuraltı zehniyyətin populyarlaşması ilə bir çox sənətçi xəyallar, simvolizm və şəxsi ikonoqrafiyanı öz subyektiv təcrübələrinin təsvir edilməsi üçün araşdırmağa başladı. Sənətinin gerçək dünyanı əks etdirməli olduğu fikrini sorğulayan bəzi sənətçilər, rəngin ifadəvi istifadəsi, qeyri-ənənəvi materiallar və yeni texnikalarla eksperimentlər apardılar.
Müasir incəsənət, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində ortaya çıxan bir incəsənət hərəkatıdır. Bu hərəkat, ənənəvi üslublardan daha abstrakt və eksperimental bir yanaşmaya keçidi ilə xarakterizə edilir. Əsas müasir incəsənət hərəkatlarına İmpressionizm, Ekspressionizm, Kubizm, Fovizm, Dadaizm və Surrealizm daxildir. Təsirli müasir sənətçilərə Pablo Pikasso, Vasili Kandinski, Salvador Dalí və Marsel Düçamp aiddir. Müasir incəsənət, vizual mədəniyyətin inkişafında davamlı təsir göstərmiş və bu gün də müasir incəsənətə təsir etməyə davam edir.
Mənbə: MoMa
Tərcümə etdi: Arzu Qafarova
