Hədəf qoymaq istər dərəcə almaq, istər yeni bir iş tapmaq, istərsə də fiziki fitnessdə yeni bir səviyyəyə çatmaq olsun həyatınızı yaxşılaşdırmağa doğru atılan böyük bir addımdır. Amma nəyisə başa çatdırmaq, xüsusən, motivasiyanın azaldığı günlərdə, çətin ola bilər. Belə günlərdə öhdəliklərinizi necə yerinə yetirə bilərsiniz?
Hamımız bəzən motivasiyanı itiririk. Motivasiya hiss etmədiyiniz zaman hədəfinizə geri qayıtmaq üçün aşağıdakı elmi cəhətdən təsdiqlənmiş strategiyalardan birini sınayın:

1. Hədəfinizi təqvimə qeyd edin.
2. Hədəfinizə doğru işləməyi vərdiş halına gətirin.
3. Məqsədlərinizi və istəklərinizi planlaşdırın.
4. Həvəsinizi artırmaq üçün kiçik hədəflər qoyun.
5. İrəliləyişinizi izləyin.
6. Kiçik nailiyyətlərə də, böyük nailiyyətlərə də görə özünüzü mükafatlandırın.
7. Minnətdarlıq praktikası edin (özünüzə də).
9. Əhval-ruhiyyəni qaldıran fəaliyyətlər edin.
10. Ətraf mühitinizi dəyişdirin.
Motivasiya gəlir və gedir, ən əsası isə istədiyimiz zaman bu şəraiti yarada bilməkdir. Bu strategiyaları tətbiq edərək motivasiyanızı artırmaq və hədəflərinizə çatmaq üçün daha çox imkan əldə edə bilərsiniz. Motivasiya özünüzü irəlilətməyin və uğur qazanmağın əsas amilidir.
Mənbə:Coursera
Tərcümə etdi:Arzu Qafarova
