
Roma, əsrlər boyu mədəniyyətin, tarixin və incəsənətin mərkəzi olaraq qalmaqda davam edən qədim və ecazkar bir şəhərdir. Bu şəhər yalnız İtaliyanın deyil, həm də bütün Qərb sivilizasiyasının formalaşmasında böyük rol oynamışdır. Roma şəhərinin küçələri, meydanları, abidələri, sarayları və məbədləri dünya mədəniyyətinə dərin təsir göstərən əfsanəvi tarixlə doludur. Bütün dünya onu "Əbədi Şəhər" kimi tanıyır, çünki Roma öz zəngin keçmişi və çoxşaxəli mədəni irsi ilə hər kəsi valeh edir.
Şəhərdə qədim Roma imperiyasının izləri hər addımda hiss olunur. Kolizey, qədim Romada keçirilən döyüşlərə ev sahibliyi edərək dövrün həyat tərzini əks etdirən bir möcüzədir. Roma məşhur fəvvarələri və meydanları ilə tanınır. Piazzo Navona, Roma barokkosunun ən gözəl nümunələrini təmsil edir.
Roma mədəniyyət şəhəri kimi həm qədim sivilizasiyanın, həm də müasir dövrün ruhunu birləşdirən unikal bir şəhərdir. "Əbədi Şəhər" olan Roma, tarixdəki möhtəşəmliyini müasir dünyaya gətirərək, hər dövrün insanları üçün ilham mənbəyi olaraq qalır.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
