Bu gün:

Z nəsli və xarakterik xüsusiyyətləri


1965-1979-cu illər arasında doğulanlar X nəsli, 1980-1999-cu illərdə doğulanlar Y nəsli, 2000-ci ildən sonra doğulanlar isə nəsil Z, adlanır. Onlar texnoloji cəhətdən əvvəlki nəsillərdən çox fərqlidirlər və bu, onların hər davranışına təsir edir.

Bəs "Z "nəslinin xüsusiyyətləri nələrdir?

Əslində  ən maraqlı mövzulardan biri də Z nəslinin xüsusiyyətləridir.  İndi gəlin Z nəslinin xüsusiyyətlərinə nəzər salaq.

• İlk növbədə, kiçik yaşlarından texnologiya bilgisi olanlardan ibarətdir. 

• Kompüter qarşısında böyüdükləri üçün küçə oyunlarının çoxunu bilmirlər.

 • Fərdi davranışları var və ortaq iş görməyə maraqları yoxdur.

• Onların təxəyyülləri daha çox inkişaf edib və dərhal həll yolu tapa bilirlər

• Texnologiya sayəsində eyni anda bir neçə işi yerinə yetirə bilirlər

• Onlar öz müstəqilliklərini, azadlıqlarını çox sevirlər

• Bəziləri son dərəcə üsyankardırlar

• Özlərinə inamları yüksəkdir

• Tez darıxırlar, tez uyğunlaşa bilmirlər və sürətli yaşamağa öyrəşirlər

• Onların bağlılıq səviyyəsi zəifdir

• Onların birdən çox tapşırığın öhdəsindən gələ biləcəyinə inamları son dərəcə yüksəkdir.

• Qaydalara və səlahiyyətlərə çox bağlı deyillər

• Çox sual verənlər olduğu halda, ümumiyyətlə sual verməyənlər də var.

Mənbə: Habertürk

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et