Bu gün:

Ayrılıq və psixoloji təsirləri


Nə qədər ki, sevgi məfhumu var, kədər anlayışı da olacaq. Ayrılıq özü ilə saysız-hesabsız duyğular gətirir; hamıdan çoxu qəm-qüssədir. Şərti olaraq, kədər sözü ölümlə güclü şəkildə əlaqələndirilə bilər. Ayrılıq itki deməkdir. Yoldaşlığın və gələcəklə bağlı gözləntilərin itirilməsi.


Ayrılıqdan sonra kədərin müəyyən mərhələləri var. İnkar, kədərin ilk mərhələsidir. Bir növ təsəlli verici rolunu oynayır. Ancaq qısa ömürlüdür, çünki qəzəb, ikinci mərhələ, sürətlə inkarı əvəz edir. Nə qədər satirik səslənsə də qəzəb güclənmə hissini əldə etməyə və özünə hörməti bərpa etməyə kömək edə bilər.

Depresiyanın digər bir mərhələsi isə barışmaq istəyidir. Dördüncü mərhələ isə sağalmağımıza kömək edən mərhələdir. Qəbullanmaq mərhələsi hər şeyi silib atacağınız, unudacağınız demək deyil, vəziyyətin qəbul edilməsidir və sağalma prossesini başladır.

Hazırladı: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et