
Sevdiyimiz işi görmək bir çox səbəbdən əhəmiyyətlidir. Əsasən, bu, həm peşəkar, həm də şəxsi həyatımıza müsbət təsir göstərir. Sevdiyimiz işlə məşğul olduqda, işimizə daha çox bağlılıq və həvəs göstəririk. Bu da bizi iş yerində daha motivasiyalı, aktiv və enerjili edir.
Hər iş müəyyən qədər stres gətirir . Lakin sevdiyimiz işi etdikdə bu stress, əsasən, "yaxşı" stresə çevrilir və bizi motivasiya edən bir gücə dönür. İnsan sevdiyi işi görərkən daha yaradıcı olur, çünki bu zaman təbii olaraq daha çox ideya və həll yolları tapmağa çalışır.
Sevdiyimiz işi seçərək həm özümüzü inkişaf etdirir, həm də cəmiyyətə daha faydalı bir insan oluruq. Bu seçim bizim həm şəxsi, həm də peşəkar olaraq daha balanslı və məzmunlu bir həyat yaşamağımıza şərait yaradır.
Mənbə : Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
