Bu gün özünü sevmək artıq utancverici bir şey hesab edilmir, eqoizm və təkəbbürlə qarışdırılmır. Əksinə, psixoloqlar bunu sağlam şəxsiyyətin əsası hesab edirlər. “Özünü sev”, “Əgər sən özünü sevməsən, başqaları səni sevməyəcək”, bunlar psixoloqların sevimli ifadələridir.

Bəs onda eqoistlə özünü sevən insan arasında nə fərq var? Həm özünü sevən, həm də eqoist özünə qulluq etməyi bilir. Sadəcə bunu başqa cür edirlər. Birincilər üçün əxlaq və vicdan boş söz deyil. Bu cür insanlar başqalarının xoşbəxtliyini öz xeyirlərinə qurban verməzlər. İkinci, qeyri-sağlam olan eqoistlər, nə olursa olsun, öz məqsədlərinə gedən yolda dayanmazlar. Öz problemlərinin digərlərinin problemləri ilə nisbətdə, ən vacib olduğuna səmimiyyətlə inanırlar. Bu insanlar öz mənfəətləri üçün başqalarını asanlıqla manipulyasiya edir, aldadır və tələyə salırlar.
Mənbə: Stolichki.ru
Tərcümə etdi: Fatimə Kərimli
