Bağışlamaq uzun bir prosesdir və həmişə asan deyil. Bəzən başqasını bağışlamaq bizim üçün çətin ola bilər, lakin bu və ya digər şəkildə biz ədalətsiz bir hərəkəti və ya sözləri bağışlaya və ya sadəcə unuda bilərik. Söhbət özümüzə gəldikdə isə, “səhv etdiklərimizi” uzun müddət yaddaşımızda saxlaya, özümüzü tənqid edə, səhvlərə görə özümüzü günahlandıra bilərik.

Özünüzü bağışlamaq zəifliklərinizə təslim olmaq və zəiflik göstərmək demək deyil, nə olursa olsun özünüzü və təcrübənizi qəbul etməkdir. Bunun üçün başa düşmək lazımdır ki, səhv etdiyimiz zaman indi bildiklərimizi bilmirdik və indi bildiklərimizi tanıyıb qəbul etməliyik. Özünüzdən qaça bilməzsiniz və ilk növbədə özünüzlə yaşamağı öyrənməlisiniz. Özünüzdə güc tapın və barışıq yolunda addım atın. Özünü bağışlamağı bacarmaq, mütləq öyrənməli olduğun çox vacib bir bacarıqdır.
Mənbə: Students.spbu.ru
Tərcümə etdi: Fatimə Kərimli
