Fantasmaqoriya, dünyanın ən qədim cizgi filmi hesab olunur. Qısa cizgi film, ənənəvi (əllə çəkilmiş) animasiyanın ilk nümunələrindən biridir. 1908-ci ildə, fransız karikaturaçı rəssamı Emil Kol tərəfindən yaradılıb.
Filmdə, məsələn, çiçəyə çevrilən şərab şüşəsi kimi ətrafda hərəkət edən və yeri dəyişən əşyalarla toqquşan bir çubuq adam var.
Bu cizgi filmi çox qısa idi. Hətta, çəkiliş müddəti iki dəqiqədən az bir zamanda olub. Bununla belə, Kolun görməli olduğu işin həcmi çox böyük və son dərəcədə heyrətamiz idi.
Mənbə: Oldest.org
Tərcümə etdi: Fatimə Kərimli
