
Franz Kafka-nın "Milenaya Məktublar" kitabı oxuculara dərin təəssüratlar bəxş edir. İlk dəfə 1952-ci ildə yayımlanmış bu əsər, Kafkanın ölümündən sonra tapılan məktublar əsasında formalaşıb. Kitabda, Kafka Milena Jesenska ilə olan gerçək əlaqəsindən söz açır və ona göndərdiyi çoxsaylı məktublar vasitəsilə hislərini ifadə edir. Çex əsilli yazıçı və jurnalist olan Milena, həmçinin kitabın əsas simalarından biridir. Onun həyatı da çətinliklərlə doludur.
Kafka və Milena arasında ünsiyyət ticarətlə başlayır. Əvvəlcə onlar işlə əlaqədar yazışsalar da, bu ünsiyyət sonradan acı bir eşqə çevrilir. Onlar ilk dəfə 1919-cu ildə Praqada görüşəndə, Milena 23, Kafka isə 36 yaşında idi. Hadisələr Milena Vyanaya qayıtdıqdan sonra daha da dərinləşir. Kafka, xəstəliklə dolu son günlərində məktublarında yaşadığı ağrılardan, sağlamlığının onların münasibətinə mane olacağından bəhs edir. Onların məktublaşması cəmi iki il davam edib.
Bu böyük sevginin şahidi olarkən, eyni zamanda, o dövrdə insanların yazışmalara verdiyi əhəmiyyəti də görəcəksiniz. Məktubların başqalarının əlinə keçməməsi üçün təxəllüslərdən istifadə edilməsindən, məktubların təhlükəsiz şəkildə ünvanlarına çatdırılması üçün inkişaf etdirilən poçt xidmətinin mükəmməlliyindən xəbərdar olacaqsınız. Kafka, məktublarında dövrünün məşhur yazıçıları haqqında düşüncələrini, özünə inamsızlığını, qısqanclığını, qorxularını, bir sözlə, bütün daxili sirlərini Milenaya açır. Kitabda çarəsizlik motivləri də öz əksini tapır.
Kafkanın dediyi kimi: “Məktub yazmaq, ac canavar kimi gözləyən kabusların qarşısında soyunmaq deməkdir. Yazılan öpüşlər gedəcəyi yerə çatmır, yolda ruhlar yeyir”.
Mənbə: Britannica
Tərcümə etdi: Dilbər Paşazadə
