Bu gün:

Qucaqlaşmağın gücü


İnsanlar fiziki toxunuşa dəyər verir və qucaqlaşmaq fiziki dəstəyi ifadə etməyin ən təsirli yollarından biridir. Tədqiqatlar sübut edib ki, qucaqlaşmaq və əl-ələ tutmaq sevgi və qayğını ifadə etməyin ən yaxşı yoludur.

Məlum olub ki, qucaqlaşma bizə xoş emosiyalar yaşamağa imkan verməklə yanaşı, həm də sağlamlıq üçün mühüm fizioloji faydalar verir. Araşdırmalar göstərib ki, qucaqlaşma da daxil olmaqla, fiziki təmas bədəndəki kortizol kimi stress hormonlarının səviyyəsini azaldır. Stress hormonlarının yüksək səviyyəsi yuxu pozğunluğu, sağlam olmayan dəri, piylənmə, immunitet azalması və s. kimi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Tez-tez qucaqlaşan və əl-ələ tutan insanlarda yüksək təzyiq səviyyəsi aşağı düşür və bu da infarkt və iflic riskini azaldır.

Bundan əlavə, insanlar qucaqlaşdıqda xoşbəxtlik hormonu olan endorfinlər ifraz olunur və qan dövranı yaxşılaşır. Hər iki faktor analgetik təsirə malikdir və xroniki ağrıdan əziyyət çəkən insanlara əhəmiyyətli dərəcədə kömək edə bilər.


Mənbə: Sheba.Ru

Tərcemə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et