Reytinq tamaşaçıların qorxu filmlərinə baxarkən ürək döyüntülərini və BPM artımını izləyən araşdırma ilə müəyyən edilib.

Dördüncü ildir ki, “Science of Scare” tədqiqatı yüzlərlə könüllünün ürək döyüntülərini izləməklə qorxunun təsirlərini ölçür. Könüllülər ürək döyüntüsü monitorları ilə saatlarla ingilis qorxu filmlərinə baxırlar.
Qorxu Elmi Layihəsi "Qorxu Hesabı" sistemi yaratmaq üçün dəqiqədə döyüntülər (BPM) və ürək dərəcəsi fərqini (HRV - millisaniyələrdə) birləşdirərək 250 iştirakçının ürək döyüntülərini ölçdü.
Bu ilin nəticələrinə görə, bütün zamanların ən qorxulu qorxu filmi Scott Derricksonun 2012-ci ildə çəkdiyi fövqəltəbii qorxu filmi "Sinister" olub. Tamaşaçılar filmə baxarkən ürək döyüntüsünün orta hesabla 34 faiz artması müşahidə ediblər - istirahətdə 64 vuruşdan, film zamanı 86 vuruşa qədər, ən qorxulu anda isə 131 vuruşa qədər.
Bundan əlavə, izləyicilər arasında HRV 21 faiz azalıb. Bu məlumat 100 baldan 96 Horror Score qazanaraq "Sinister"ı siyahının başında yerləşdirdi.
Mənbə: tr.euronews.com
Tərcümə etdi: Nazrin Humbat
