
Oyun kartlarının mənşəyi tam olaraq bilinməsə də, onların tarot kimi kart sistemlərindən meydana çıxdığı və 7-10-cu əsrlər arasında Çin, Hindistan və Ərəbistanda müasir kartlara bənzər kartlarla oyunların oynanıldığına dair dəlillər var.
Əslində bu kart sistemini Avropaya Çindən Marko Polonun gətirdiyi təxmin edilir. Bu gün oynadığımız standart 4 sinif 52 kart 14-cü əsrdə Fransada hazırlanıb, oradan da bütün dünyaya yayıldığı düşünülür. Sənədlərə əsaslansaq, ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir.
Bir çox insanlar kart dəstəsindəki dörd padşahın keçmişin böyük hökmdarlarını təmsil etdiyinə inanırlar:
“Spades” Kralı: Əhdi-Ətiqdən İsrail Kralı David
Klublar kralı: Makedoniyalı İskəndər
Ürəklərin Kralı: Böyük Karl, Fransa Kralı
Brilyantların Kralı: Roma Sezar Avqust. Bəzi mənbələr almazın kralının Avqust deyil, Yuli Sezar olduğunu bildirir.
İrəli sürülən fikirlərə görə, kartların dəstə formasında yaradılması heç də təsadüfi deyil. 52 kart il ərzində həftələrin sayını göstərir, 4 rəngli kağızlar – bu ilin fəsillərini göstərir, hər rəngdə 13 kartın olması hər fəsildə o qədər həftənin olduğunun nişanəsidir. 52 kartın üzərindəki rəqəmlərin hamısı 364 rəqəmini meydana gətirir ki, bu da bir ildə olan günlərin sayıdır.
Təqvim və vaxt anlayışına bu cür bağlılıq səbəbindən oyun kartlarının oyun oynamaq üçün deyil, əsasən falçılıq üçün icad edildiyi qəbul edilir.
Kart dəstəsindəki 4 sinifin oyun daxilində,daha çox fal baxarkən istifadə edilən mənaları:
I SİNİF- Yonca yarpağı şəklindədir. O, kəndli sinfini təmsil edir. İş həyatına yozulur. Onun elementi oddur. Ən az dəyərli sinif olması bu səbəbdən olduğu düşünülür.
II SİNİF- Bu, 14-cü əsrdə Fransada geniş istifadə olunan nizə ucu təsvirinə əsaslanan formadır. Təbii ki, ordunu təmsil edir. Ölüm, qəm və xəyanət kimi də yozulur. Onun elementi havadır.
III SİNİF- Əsasən, forması qalxan təsvirindən ürəyə çevrilən bu sinif nəcib təbəqəni və kilsəni təmsil edir. Ürəklər dəstənin ən xoşbəxt kartlarıdır. Sevgi, dostluq və ailə kimi də yozulur. Onun elementi yerdir.
IV SİNİF- Onun forması o dövrün Fransadakı dəniz ticarət müəssisələrinin plitələrini təsvir edir. Orta təbəqəni təmsil edir. Karyera, pul və səyahət kimi də yozulur. Onun elementi torpaqdır.
Şəkilli kartlarının mənası:
“Vale” məşhur komandirləri və mühüm kişi tarixi şəxsiyyətləri, “Quenn” kraliçaları, ilahələri və mühüm qadın tarixi şəxsiyyətləri, “King” isə padşahları və peyğəmbərləri təsvir edir.
Hər bir kart, tarot üçün istifadə edildikdə aid olduğu dəstəyə görə fərqli mənaya gəlir. Məsələn, üzərində 7 rəqəmi yazılmış kart, ilk dəstənin nişanına görə yaxşı xəbər, 2-ci nişana görə itirilən xoşbəxtliyin geri qayıtması, 3-cü nişana görə xoşbəxt sevgi, 4-cü nişana görə isə tədbirli olmaq haqqında məlumat verir.
Mənbə: Bilgeyik
Tərcümə etdi: Aysu Əsgərzadə
