
Balqabaq fənərlərin Halloween ilə uzun bir tarixi olsa da, bizim üçün sevimli olan şeytan üzləri həmişə balqabaq üzərində oyulmuş deyildi.
Onun mənşəyi öz pul qazancı üçün şeytanı aldadan İrlandiya əfsanəsi Xəsis Cekə gedib çıxır. Cek öləndə, Tanrı onu səmaya qalxmasına yəni cənnətə, şeytan isə cəhənnəmə getməsinə icazə vermir, buna görə də Cek əbədi olaraq yer üzündə dolaşmağa məhkum edilir. İrlandiyada insanlar Cekin sərgərdan ruhunu qorxutmaq və həmçinin ruhdan qorunmaq üçün şalgamlar üzərində şeytani üzlərin oyulmasında iştrak ediblər. İrlandiyalı mühacirlər Birləşmiş Ştatlara köçdükdə isə vaxtlarını balqabaq fənərlərini oymağa həsr ediblər.
Bəs niyə balqabaq fənərləri Halloween ilə əlaqələndirilir?
Halloween, Keltlərin Samhain festivalına əsaslanır. Samhain zamanı ölənlərin ruhlarının evlərini ziyarət etmək üçün qayıtdığına inanılırdı. Halloween ərəfəsi oktyabrın 31-nə təsadüf edir. Samha ənənələrinə, evin ətrafında olan pis ruhlardan gizlənmək üçün fərqli paltarlar geyinmək də daxildir. Xəsis Cek haqqında folklor tez bir zamanda yayıldı və Halloween bayramına aid oldu. Bununla da insanlar o vaxtdan bəri balqabaq və ya şalgam oyma ilə məşğuldurlar.
Mənbə: Britannica
Tərcümə etdi: Fatimə Kərimli
