Bu gün:

Cazın anası: Amy Winehouse


Aradan 13 il keçsə də, Amy Winehouse haqqında xəbərlər hələ də maraqla qarşılanır. Budur onun haqqında dörd maraqlı fakt:

1. Hip-Hop macərası:

Amy, ilk qadın rapçi qruplarından biri olan Salt-N-Pepa'dan ilham alaraq dostu Juliette Ashby ilə bir hip-hop qrupu qurub. Amma sonradan jurnalistlərə verdiyi müsahibələrdə bu janrı sevmədiyini bildirib.

2. Meneceri ilə çalışmaları:

Winehouse, 19 yaşında ikən 19 Entertainment-in meneceri Nick Godwyn ilə müqavilə imzalayıb. Lakin, Godwyn 2006-cı ildə Amy-ni bir pop qrupu yaratmaqdan vaz keçmək istədiyi üçün müqavilədən azad edib.

3. ABŞ-də şöhrətinin başlanğıcı:

Amy 2006-cı ildə ikinci kurs tələbəsi olduğu vaxt "Back to Black" albomu ilə ABŞ-də debüt edərək məşhurlaşıb və dünya səviyyəsində şöhrət qazanıb.

4. Əfsanəvi "Rehab" mahnısı:

Amy meydan oxuyan və cəsarətli "Rehab" mahnısı ilə 2006-cı ildə yaddaşlarda əbədi olaraq yer tutub. Mahnının sözlərində "Məni dəlixanaya aparmağa çalışdılar, amma onlara yox, yox dedim" deyə bildirir. Qeyd edək ki, onun 2005-ci ildə müalicə almasını istəyən prodüseri Nick Shymansky olub.


Mənbə: Britannica

Tərcümə edən: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et