Bu gün:

Böyük Britaniyanın ən böyük oyun sərgisi


Minlərlə komiks və oyun həvəskarları Böyük Britaniyanın konqres təqvimindəki ən rəngarəng günlərdən biri üçün şənbə günü Londona yollandılar.


Fanatlar Böyük Britaniyanın ən böyük oyun, komiks və pop mədəniyyəti konvensiyası üçün ExCeL mərkəzinə axışırdılar, onların çoxu öz tikdikləri gözəl geyimlərdə idi.

MCM X EGX adlanan tədbir, həmçinin pərəstişkarlarına qarşıdan gələn layihələr haqqında məlumat verən yüzlərlə aktyor, rəssam və video oyun nəşriyyatını bir araya gətirdi.

Bu, ilk dəfə idi ki, illik video oyunlar şousu Comic Con-u idarə edən MCM ilə birləşdirildi, yəni qonaqlar işıq qılınc döyüşləri, geyim yarışmaları və kart oyunu seansları da daxil olmaqla daha geniş fəaliyyət spektri ilə tanış oldular.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et