Bu gün:

İpək Yolunun əsrarəngiz tarixi


Alimlər İpək Yolunun mərkəzində iki qədim şəhər aşkar ediblər. Özbəkistanda aparılan qazıntılar zamanı üzə çıxarılan bu şəhərlər min illərin sirlərini özü ilə gətirib. Tarix kitablarına düşəcək bu kəşf, İpək Yolunun əhəmiyyətini bir daha ortaya qoyub.

Elm adamları yeni araşdırma ilə Özbəkistanda Çindən Avropaya uzanan İpək Yolu üzərində iki itirilmiş şəhərin qalıqlarını tapdıqlarını bildiriblər.

Özbəkistan Milli Arxeologiya Mərkəzindən Maksudov və Vaşinqton Universitetinin St. Sent-Luisdəki arxeoloqu Maykl Fraçettinin rəhbərlik etdiyi kəşf, pilotsuz uçuş aparatları və əks olunan işıqdan istifadə edərək ətraf mühitin üçölçülü xəritələrini yaradan lidar adlı uzaqdan zondlama aləti sayəsində həyata keçirilib.

“Nature” jurnalında dərc olunan araşdırmada, köçəri icmaların həyat tərzinə işıq salmaq baxımından bu araşdırmanın əhəmiyyəti vurğulanıb.

Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et