Bu gün:

Sadə bir qan testi ilə intihar düşüncəsinin əlamətləri


ABŞ-da yerləşən, Kaliforniya Universitetinin San Dieqo Tibb Məktəbinin alimləri deyirlər ki, böyük depressiya və intihar düşüncələri sadə qan testi ilə müəyyən edilə bilər.Onlar müəyyən ediblər ki, depressiv psixi pozğunluq və insanda intihar düşüncələrinin yaranması, yoluxucu və onkoloji xəstəliklərdə olduğu kimi insan orqanizmindəki maddələr mübadiləsinə təsir göstərə bilər.

Dəyişən maddələr mübadiləsi qaçılmaz olaraq qanın kimyəvi tərkibində dəyişikliklərə səbəb olur, burada müəyyən metabolik pozğunluqlar üçün xarakterik olan spesifik birləşmələr görünür. Onlara “biomarkerlər” deyilir. Bu o deməkdir ki, nəzəri olaraq belə bir analiz, xəstənin depressiyaya düşdüyünü və hətta intihar düşüncələrinin olduğunu göstərə bilər.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Kərimli 

Paylaş
Şərh əlavə et