
Bizim pişik dostlarımız narahatlıq hisslərini azaltmağa kömək edə bilər. 2008-ci ildə tədqiqatçılar pişik sahiblərinin 44%-nin pişiklərindən “təhlükəsizlik hissi” aldığını aşkar ediblər.
Heyvan sahibi olmayanlarla müqayisədə tədqiqatçılar pişikləri olanların daha az narahat olduğunu aşkar ediblər. Tədqiqatlar, həmçinin göstərib ki, pişiklər autizmli uşaqlarda və tələbələrdə narahatlığı azaltmağa kömək edir.
“Pişiklərin sakitləşdirici təsiri fizioloji təsirə görə ola bilər. Pişiyinizi sığallamaq və ya qucaqlamaq, bədəninizdə stress hormonu olan kortizol səviyyəsini azalda bilər”,- Wittenburg deyib. "Bu, sakitlik və xoşbəxtlik hisslərinə, ürək döyüntüsünün, qan təzyiqinin və narahatlığın azalmasına səbəb olur."
Mənbə: Psychcentral
Tərcümə etdi: Fatimə Kərimli
