Roman Arkadyeviç Abramoviç rusiyalı biznesmen, milyarder, Çukotka vilayətinin keçmiş bsşçısı və “Çelsi” futbol klubunun keçmiş sahibidir.

Uşaqlıq və cavanlıq illəri:
Roman 1966-cı ildə Saratov şəhərində,təchizatçı ailəsində doğulub. 1 yaşı olduqda anasını,3 yaşında isə atasını itirib. İlk illər nənəsiylə yaşasa da, 1970-74-cü illərdə Uxta şəhərində dayısıyla birlikdə yaşayıb. 1974-cü ildən yenidən nənəsiylə yaşamağa başlayıb. 1987-1989-cu illərdə “Mosspesmontaj”da mexanik olaraq işləyib. 2001-ci ildə isə Kutafin adına hüquq akademiyasını bitirib.
Karyera və biznes:
1990-cı illərdən neft məhsullarının satışına başlayıb. 1995-ci ildə “Rifayn-oil” şirkətini qurub. 2005-ci ildə isə “Sibneft” şirkətini 13 milyard dollara “Qazprom” şirkətinə satıb. Hazırda isə “Evraz”, “Nornikel”, “Renessans straxovaniya” şirkətlərinin hissədarıdır.
Çukotka vilayətinin başçısı:
1999-cu ildə Milli Məclisin deputatı seçilir,lakin bir il sonra,2000-ci ildə vəzifəsindən azad edilərək Çukotka vilayətinin başçısı seçilib. 2008-ci ildə isə öz arzusuyla işdən azad olunub. Daha sonra vilayətin məclisində yer tutsada, 2013-cü ildəki qanunla,dövlət vəzifəli şəxs xaricdə mülkə sahib ola bilməz. Buna görədə işdən yenidən azad olunub.
“Çelsi” futbol klubu:
2003-cü ildə futbol klubunu alan Abramoviç artıq tez-tez Londona baş çəkirdi. Daha sonradan, Abramoviçin o dönəm İsrail və Amerikada yaşadığı ortaya çıxıb. 2003-2022-ci illərdə klub 5 dəfə İngiltərə premyer liqasını, 2 dəfə isə Çempionlar Ligasını qazanıb. Ama 2022 sanksiyaları Abramoviçi klubj satmağa məcbur edib. Belə ki, hazırda klub konsorsiumun nəzarəti altındadır.
Roman Abramoviçin sərvəti:
Rusiyanın ən varlı biznesmenlər siyahısına girən Abramoviçin 2024-cü ildəki sərvəti təxminən $9.7 milyarddır.
Mənbə: RBC
Tərcümə etdi: Fatimə Umarbəy
