Bu gün:

"27 Klub" nədir?


27 Klub – 27 yaşında dünyasını dəyişən məşhurların fenomenidir. Bu siyahıda musiqi və sənət dünyasının bir çox məşhur simaları yer alır. Bəs bu siyahıya kimlər daxildir?

Bu fenomen 1994-cü ildə Nirvana qrupunun yaradıcısı Kurt Cobainin ölümündən sonra daha çox diqqət çəkməyə başlayıb və günümüzə qədər davam edir.

Kurt Cobain Uşaqlıqdan musiqiyə marağı olan Kurt, əvvəlcə The Beatles qrupuna qulaq asmağa başlayıb, daha sonra isə barabanda ifa edib və ilk gitarasını alıb. Yeniyetməlik dövründə ailəsinin boşanması, depressiya və evsiz qalma kimi çətinliklərlə üzləşib. Hətta körpü altında yaşadığı dövr ona "Something In The Way" mahnısını yazmaqda ilham verib.

1985-87-ci illərdə Kurt öz musiqi qrupunu yaratmağı arzulayıb və 1987-ci ildə Nirvana qrupunu qurub. Bu tarixdən sonra rok musiqisi böyük bir evrim keçirdi və Nirvana "nəslin səsi" olaraq tanınmağa başlayıb.

Şəxsi həyatına gəldikdə, Kurt 1991-ci ildə Courtney Love ilə münasibətə başlayıb və 1992-ci ildə evləniblər. Onların evlilikləri adi bir ailə həyatı kimi deyildi; onları bir yerdə saxlayan əsas şey spirtli içki və narkotik asılılığı idi.

Depressiya və hiperaktivlikdən əziyyət çəkən Cobain ilk dəfə narkotikə 13 yaşında qurşanıb. 1994-cü ildə vəziyyəti daha da pisləşib və reabilitasiya mərkəzinə müraciət etsə də, orada uzun müddət qalmayıb. 8 aprel 1994-cü ildə, cəmi 27 yaşında, evinin istixanasında ölü tapılıb.

Amy Winehouse Müasir dövrün ən sevilən müğənnilərindən biri olan Amy Winehouse da 27 yaşında dünyasını dəyişib. Uşaqlıqdan musiqiyə maraq göstərən Amy, R’n’B və caz janrlarında ifa etməyə başlayıb. Məktəb illərində narkotik istifadəsinə başlayıb və 2003-cü ildə ilk albomunu təqdim edib. 2006-cı ildə isə ən məşhur mahnısı olan "Back to Black"i çıxarıb.

2007-ci ildə Blake Fielderlə evlənib və cütlük birgə pis vərdişlərdən əziyyət çəkməyə davam edib. 2011-ci ildə, Belqrad konsertində mahnı sözlərini belə xatırlaya bilməyərək səhnəni tərk edən Amy-nin vəziyyəti daha da ağırlaşır. Nəticədə, 23 iyul 2011-ci ildə, cəmi 27 yaşında, Londondakı evində ürək dayanması nəticəsində dünyasını dəyişib.

Brian Jones The Rolling Stones qrupunun yaradıcısı Brian Jones da bu siyahıya daxildir. Qrupun üzvlərindən biri onun haqqında belə deyib: "Brianın içində sanki iki insan var idi: biri ciddi və məntiqli, digəri isə dəlisov. Son vaxtlarda onunla ünsiyyət qurmaq çətin idi".

Brian illərlə depressiya və paranoyadan əziyyət çəkib və bu vəziyyət psixotrop maddələrdən istifadəyə gətirib çıxarıb. 3 iyul 1969-cu ildə, cəmi 27 yaşında, öz həyətindəki hovuzda ölü tapılıb. Onun sui-qəsd etdiyi düşünülür.


Mənbə: Marie Claire

Tərcümə: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et