Nəhəng heykəllər qədim Misir sivilizasiyasının mühüm simvollarından biridir və Böyük Sfinks Giza'nın ən məşhur nümunəsidir. Bu heykəl 4-cü sülalə dövründə birbaşa təbii daşdan oyulmuşdur, bu da onu eyni zamanda ən qədim heykəl edir. Qədim Misir sfinksləri, kralı aslan bədəni ilə təqdim edərək onun gücünü açıq şəkildə nümayiş etdirirdi.

Dəlillər, Böyük Sfinksin Faraon Khafre dövründə oyulmuş olduğunu göstərir. Khafre, Giza piramidalarının ikincisini inşa edən şəxslərdəndir. Böyük Sfinks və onun önündəki Sfinks Məbədi, Khafre'nin vadidəki məbədi və onun məmur məbədi və piramidası ilə birbaşa yan-yana yerləşir. Dəqiq arxeoloji analizlər, vadidəki məbədin Böyük Sfinks və onun məbədi üzərində işə başlamazdan əvvəl tamamlandığını ortaya qoymuşdur. Böyük Sfinksin üz xüsusiyyətlərinin analizi də Khafre'nin heykəlləri ilə diqqət çəkən oxşarlıqları ortaya çıxarmışdır.
Böyük Sfinks minilliklər boyu səyahətçilərin və kəşfiyyatçıların təsəvvürünü ələ keçirmişdir, hətta qədim Misir dövründə də. 18-ci sülalə dövründə bu heykəl günəş tanrısının təcəssümü olaraq qəbul edilmiş və "Horus Həzinəsi" adlandırılmışdır. Faraon Amenhotep II Sfinksin yanında bu tanrıya həsr olunmuş bir məbədi inşa etmişdir. Oğul Faraon Thutmose IV Sfinksin ön pəncələrinin arasında "Yuxu Steli" adlanan monumental bir stela qoymuşdur və burada maraqlı bir hadisəni qeyd etmişdir.
Mənbə: Ministry of Tourism and Antiquities
Tərcümə etdi: Arzu Qafarova
