
Mandela Efekti bir çox insanın eyni yalan hadisəyə inanma halıdır. Bunun nəticəsində yazıçılar heç vaxt yazmadığı cümlələri, müğənnilərə heç vaxt oxumadıqları mahnını aid edirik.
Bu termini ilk dəfə paranormal hadislər üzrə məsləhətçi Fiona Brum işlədib. Lakin mandela efekti paranormal hadisə sayılmır.
2008-ci ildə Fiona Brumun diqqətini çoxlu insanların Afrika prezidenti Nelson Mandelanın 1980-ci illərdə türmədə öldüyü çəkib.
Əslində isə N.Mandela türmədən 1990-cı illərdə çıxır və 2013-cü ildə prezident seçilir. Fiona Brum bu hadisəni paralel dünyaların olduğunun sübutu kimi qəbul edir. Lakin alimlər bunu bizim şüurumuzla bağlı olduğunu düşünürlər.
Mandela efekti niyə baş verir?
Sxematik beynimizin xətasına görə.
İnsan beyni bəzən rəsmi tamamlamaq üçün çatışmayan detalları özü tamamlayır. Məntiqi baxımdanda düz olduğuna görə bir çox insanın ağlına gələ bilir.
Və ya dezinformasiyaya görə.
İnsanlar cəmiyyətin təsiri altına tez düşə bilirlər. Başqaları belə düşünürsə deməli bu düzgün düşüncədir. Və eksperementlər nəticəsində 47% insanı uşaq vaxtı yaşamadığı bir hadisəyə inandırmaq münkün olub.
Məsələn:
Bir çox insan “Monopoliya” oyun qutusunun üzərindəki qəhrəmanın eynəkləri olduğunu düşünür, lakin bu belə deyil.
Mənbə: Tinkoff Journal
Tərcümə etdi: Fatimə Umarbəy
