Bu gün:

Van Qoq şizofreniya xəstəsi idi, yoxsa dahi?


30 mart 1853-cü ildə anadan olan rəssam orta təbəqədən olan bir ailənin övladı idi. Uşaq vaxtı ciddi, sakit və hörmətli idi. Gəncliyində sənət satıcısı kimi çalışsa da, Londona göndərildikdən sonra depressiyaya düşüb. Dini qəbul etdikdən sonra o, Belçikanın cənubunda protestant missioner kimi fəaliyyət göstərmişdir. Səhhəti pisləşdikdən və tənhalıqda yaşadıqdan sonra valideynlərinin yanına qayıdıb və 1881-ci ildə rəsm çəkməyə başlayıb.

Van Qoq cəmi 10 ildən çox müddət ərzində təxminən 2100 rəsm çəkib, o cümlədən 860 yağlı boya ilə çəkilən rəsm əsərlərinin əksəriyyətini isə həyatının son iki ilində təsvir edib. Bunlara mənzərələr, natürmortlar, portretlər və avtoportretlər daxildir. O, müasir incəsənətin əsası sayılan cəsarətli rənglər və canlı, impulsiv və ifadəli fırça vuruşları ilə seçilir. 

Hər kəsi maraqlandıran sual: Van Qoq niyə qulağını kəsib?

Əsəb pozğunluğundan sonra heç kimə deyil, özünə zərər verib. Psixoloji problemləri olan rəssam, psixi sağlamlığından narahat olsa da, fiziki sağlamlığına laqeyd yanaşıb, düzgün qidalanmayıb, həddindən artıq spirtli içki qəbul edib. Qoqenlə dostluğu onun yolunu ülgüclə kəsməsi və qəzəbindən sol qulağının bir hissəsini kəsməsi ilə sona çatıb.


Mənbə: NTV Haber 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et