
Türk mifologiyası tarixində əfsanəyə çevrilən və dünyaya yeni uşaq gətirən qadınların kabusu adlandırılan mifoloji varlıq Alkarısı nədir?
Anadolunun bəzi bölgələrində doğuşdan sonrakı dövrdə yeni doğuş həyata keçirmiş qadınlara görünməsinin onların dəhşətli dərəcədə qorxmasına, xəstələnməsinə, hətta intihar edərək ölməsinə səbəb olduğu, yeni doğulan körpələrə də zərər verdiyi deyilir. Alkarısı adından başqa Albasması kimi də tanınır. Daha çox Anadoluda əfsanəvi olan bu varlığın adları bölgədən bölgəyə dəyişir.
Ərzurumda Alkarısı, Malatyada Hıbilik, Bingöldə Kapoz, Elazığda Hafdar və Qaziantepdə Təpəgöz adı ilə də tanınır.
Əfsanənin əsası Şamanizmə gedib çıxır. İnanca görə, doğuşdan sonrakı qadınların və yeni doğulmuş uşaqların ağciyərləri ilə qidalanır. Alkaridən qorunmaq üçün müxtəlif vasitələrin olduğuna inanılır. Bunlardan bəziləri qadını analıqda tək qoymamaq, işıqları daim yandırmaq, Qurani-Kərimi yatağının yanına qoymaq və üzünü qırmızı örtüklə örtməkdir.
Bədəni hündür, barmaqları uzun, saçları dağınıq, bədəni yağlı, əlləri və ayaqları kiçik və dişlidir.
Məşhur inanca görə, "Alkarısı atəşdən, sobalı adamlardan, dəmirdən və qırmızı rəngdən qorxur".
Mənbə:Atlantis Kütüphanesi
Tərcümə etdi:Fidan Fərmanlı
