Bu hadisə 16 dekabr 1773-cü ildə Boston limanında “Azadlıq Oğulları” (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Bu Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz, həm də Amerika inqilabının müjdəçisi hesab olunur.

Yerli qəbilələrin tərzində geyinmiş bir neçə East İndia şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çah qutularını dənizə atıb. Çayın ümumi çəkisi 42 ton təşkil edib.
Bu etiraz, 10 may 1773-cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəldilmişdir. Bu aksiya İndia şirkətinə fakturasız ödəmədən çay idxal etməyə icazə verib, amerikalı tacirlərin biznesinə zərər vururdu. Aktın özü isə Britaniya İmperiyasının “Yeni Dünya”sında fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767-ci ildə təsdiq olunub.
Bu aktlar Taunşendin aktları kimi tanınıb. Bu tədbirlər dərhal Amerikadakı Britaniya kolonistlərinin etirazına səbəb olub. Bu insanlar artıq özlərini amerikalı olaraq adlandırmağa başlayıb. Kontrabanda artıq xalq arasında patriotik bir addım kimi qəbul edilib.
Mənbə : Britannica
Tərcümə etdi : Dilbər Paşazadə
