MBTI testi, test formatında psixoloji qiymətləndirmə metodudur. Xüsusi suallar bir insanın güclü və zəif tərəflərini müəyyənləşdirir, fikirlərini və üstünlüklərini vurğulayır, motivasiya və davranış xüsusiyyətlərini ortaya qoyur. Nəticələr şəxsiyyət növlərinin fərqləndirildiyi müəyyən birləşmələrə uyğun olur.
Amerikalı Katherine Briggs və qızı Isabel Briggs-Myers, Jung’ un araşdırmalarına əsaslanaraq, 1940-cı illərdə psixotip göstəricisi – MBTI yaradıblar. Son onilliklərdə Avropa və Amerika Birləşmiş Ştatlarında geniş yayılıb.
Cənubi Koreya kimi ölkələrdə "MBTI şəxsiyyəti" adlanan göstərici var, işə müraciət edərkən və ya adi tanışlıq zamanı şəxsiyyət tipiniz mütləq sizdən tələb olunacaq.
Ancaq buna baxmayaraq, çox sayda analiz bu testin müxtəlif vəzifələrdə olan insanların müvəffəqiyyətini proqnozlaşdırmaqda tamamilə təsirsiz olduğunu və iki dəfə keçən insanların təxminən yarısının hər dəfə fərqli nəticələr əldə etdiyini göstərib.
Mənbə: Lenta.Ru
Tərcümə etdi: Fatimə Kərimli
