Bu gün:

Narsistlik nədir və özünü necə birüzə verir?


Narsisizm özlərinin "xüsusi" və ya "seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, empatiyası olmayan davranış tipidir. Digərləri isə bu tip insanları təkəbbürlü, manipulyasiya edən, eqoist, alçaldıcı və tələbkar kimi təsvir edirlər. Lakin psixoloji baxımdan narsisizm özünü sevmək demək deyil. İnsanın özünün ən ideal halına aşiq olduğunu demək daha düzgündür. Özgüvənsizliklərini bu yaratdıqları ideal obrazın arxasında gizlədirlər. 

Narsist olan insanlar günahı heç vaxt özlərində görmürlər. Hətta səhvin onlarda olduğunun sübutu belə olsa, qarşılarındaki insana səhv olduğuna inandırmağı bacarırlar.

Bu tip insanlar bənzərsiz və mükəmməl olduqlarını və bunun sadəcə digər özəl insanlar tərəfindən görülə biləcəyinə inanırlar. Onlar sadəcə yüksək mövqe və nüfuz sahibləri olan insanlarla əlaqədə olmaq istəyirlər.

Narsistlər, öz yaratdıqları fantaziya dünyasında yaşayırlar. Burada özlərini, bir növ dünya üzrə tanınmış ulduz kimi hiss edirlər. Həyatlarındaki insanların onlara sahib olduqları üçün nə qədər şanslı olduqlarını düşünürlər. Bu fantaziyalar onları daxili boşluq və utanc hisslərindən qoruyur.

Bu davranış tipinə sahib olan şəxslər, ətrafında olan insanları ehtiyaclarını ödəmək üçün var olan “əşya” kimi görürlər. Bu əşyalar, həmin şəxsləri daim ucaltmalı, hər zaman təmənnasız qayğı və diqqət verməli, onları dünyanın ən mükəmməl və ən özəl insanı kimi hissetdirməlidirlər.

Bir tərəfin narsist olduğu münasibət heç bir zaman sağlam ola bilməz. Narsist, ünsiyyətdə olduğu şəxsin bütünlükdə varlığını, şəxsiyyətini alçaldır, etdiyi hər şeydə qüsur tapır. Qarşısındaki insanın bütün özgüvənini məhv edir, həmin insan özündən iyrənir və hətta özünə nifrət edir.

 Bir narsistin öhdəsindən gəlmək üçün onların yaratdığı fantaziya dünyasına daxil olmamaq lazımdır. Ehtiyaclarınızın, istəklərinizin və hisslərinizin tamamilə görməzdən gəlinəcəyini bilməlisiniz. Onların gözlərinizə taxdığı eynəyi çıxartmalısınız. O insanı olmağını istədiyiniz insan olaraq deyil, realda olduqları insan kimi görməlisiniz. 

Heç vaxt narsist insanların sizin haqqınızda olan mənfi rəylərinə aldanmayın. Onların məqsədi, sizin bütün özünəinanımınızı məhv edib, özlərindən asılı hala salmaqdır. Bu tip insanların toruna düşməyin və həyatınızı cəhənnəmə çevirməklərinə icazə verməyin.


Mənbə: HelpGuide

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et