Bu gün:

Edvard Munk – “Qışqırıq” tablosunun hekayəsi


“Qışqırıq” tablosu, ekspressionizmin ən parlaq nümunələrindən biridir və varoluşla əlaqəli iztirabları təsvir edir. Edvard Munk, bu əsərdə insanın daxili narahatlığını və mənəvi böhranını təsvir edib, onu cinsiyyət anlayışından kənarda, bəşəriyyətin ümumi təcrübəsi kimi təqdim edib.

Tablonun əsas fiquru başını əlləri ilə tutaraq qışqırır. Onun cinsiyyəti bilinmir və üz ifadəsi dərin qorxu hissi oyadır. Fiqurun ətrafında sakit dayanan iki insan və uzaqda üzən bir gəmi isə ziddiyyətli sakitliyi göstərir. Munk, bu əsərdə öz şəxsi sarsıntılarını əks etdirib, yaşadıqlarını sənətinə köçürüb.

Tablonun sol üst küncündə "yalnız bir dəli tərəfindən çəkilə bilərdi" ifadəsi var ki, bu yazının Munk tərəfindən yazıldığı güman edilir. Bu sirli detal tabloya əlavə dərinlik qatır və onun daxili aləminin mürəkkəbliyini göstərir. "Qışqırıq" tablosu, hər bir insanın mənəvi iztirablarını universal şəkildə əks etdirən bir sənət əsəridir.


Mənbə: artucky.com

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et