
Fyodor Dostoyevskinin "Cinayət və cəza" əsəri, insan psixiologiyasının dərinliklərinə enərək, günah, cəza, vicdan və əxlaq anlayışları ətrafında fırlanan çoxqatlı fəlsəfi bir romandır. Bu əsər onun ən məşhur və təsirli romanlarından biri hesab olunur.
Əsərin baş qəhrəmanı, kasıb tələbə Raskolnikov, maddi çətinliklər və yaşadığı cəmiyyətin mənəvi pozğunluqlarına qarşı çıxmaq üçün bir qoca sələmçini öldürmək qərarına gəlir.
Bu cinayət Raskolnikovun dünyagörüşünə və əxlaq anlayışına əsaslanır. O inanır ki, böyük insanlar, insanlığa xidmət edəcək şəxslər adi qanunları poza bilərlər. Lakin cinayətdən sonra onun vicdan əzabları başlayır və ruhani mənəvi mübarizə aparır.
Əsər insanın içindəki vicdan, cəmiyyətin təzyiqləri və əxlaqın rolunu dərin bir fəlsəfi kontekstdə araşdırır.
Roman, dünya ədəbiyyatı üçün ən möhtəşəm fəlsəfi əsərlərdəndir.
Mənbə: Milliyyət
Tərcümə etdi: Zeynəb Həsənova
