Bu gün:

“Voodoo oyuncağı” nədir və necə yaranıb?


Voodoo oyuncağının ilkin versiyası olaraq minkisini demək olar. Minkisi bir əsrdən çox əvvəl Konqoda yaradılmış, insan formasında 19-cu əsrə aid taxta heykəlciklərdir.

Konseptual olaraq, Minkisi ölülərin ruhunu tutan və insan ilə ruh arasındakı mürəkkəb əlaqə vasitəsidir. Onlar, dini inanca görə, Allah tərəfindən dünyaya paylanmış və xüsusi güclərə malikdir. BaKonqo xalqı üçün pis ruhlar hər yerdədir və heç bir xəstəlik və ya ölüm təsadüfi deyil. Bu səbəbdən minkisi bu hakimiyyətə qarşı çıxmaq və onları sakitləşdirmək üçün istifadə edilib.

Lakin minkisini istifadə edən şəxs heykəlcik vasitəsi ilə seçilmiş insanda baş ağrısından tutmuş, ölümünə belə səbəb ola bilər. 

Voodo oyuncağı isə adətən bir insanı təmsil edən kiçik, yumşaq bir parçadan hazırlanmış oyuncaqdır. Üzərinə vurulmuş iti iynələr onu digər oyuncaqlardan fərqləndirir. Ona toxunan şəxs tam nəzarətə malikdir və oyuncağı seçilmiş şəxslə əlaqəndirmək üçün həmin insanın saç tellərini, dırnaq qırıtılarını, qanını və bu tip ona xas şeyləri oyuncağa yapışdırmalıdır. Bununla oyuncaq insan bədəninin kiçildilmiş halına çevrilir.

Voodoo oyuncaqları daha çox talisman kimi görünürdü və qədim zamanlarda onların köməyi ilə xəstələri müalicə və daha çox yaxşı məqsədlər üçün istifadə olunub.

Hazırda isə voodoo oyuncaqları qurban seçilmiş insana zərər vurmaq üçün istifadə olunur. Bu zərər də çox vaxt üzərində olan iti iynələr vasitəsi ilə edilir.

Həm voodoo, həm də minkisi heykəlləri müxtəlif yollarla böyük güclərin aid edildiyi cansız obyektlərdir. Xarici olaraq, iki heykəlcik funksiyalarına görə oxşar görünə bilər, lakin onların maddiliyi və sosial kontekstdə istifadəsi onları çox fərqləndirir. 

Minkisi sosial nizamı qorumaq və tənzimləmək üçün geniş istifadə olunur, voodoo oyuncağı isə şəxsi istək və niyyətlər üçün istifadə olunur.

Mənbə: Wikitropes

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et