Arxeoloqların araşdırması nəticəsində, ilk dodaq boyası 12.000 il əvvəl istifadə olunduğu aşkarlanıb. O zamanlar dodaq boyası meyvə suyundan ibarət idi.

Qədim misirlilər dodaq boyasını qurudulmuş yosun və bromdan hazırlayıblar. Bu boyadan həm kişilər,həm qadınlar,həm də uşaqlar istifadə edə bilərdi. Əfsanələrə görə isə Kleopatra belə bu boyadan istifadə edib.
Dünyada ilk sərt dodaq boyasını Albukasis icad edib. O, Kordova xilafətinin saray loğmanı olub. Lakin xristiyan dünyasın da isə dodaq boyası “şeytani icad” sayılırdı və ondan istifadə edən qadınları yandırmağa cəhd ediblər.
1883-cü ildə Amsterdam Dünya Sərgisi keçirilərkən,tarixin ilk qələmə bənzər dodaq boyası ictimaiyyətə təqdim olunub. Bu yeniliklərin səfiri isə aktrisa Sara Bernar sayılır.
İlk dodaq boyası reklamı isə 20-ci əsrin 90-cı illərinə təsadüf edir. 1915-ci ildən isə dodaq boyası metalik qablaşdırmaya sahib olur.
Mənbə: The Blueprint
Tərcümə etdi: Fatimə Umarbəy
