
Heyvanlar ətraflarından aldıqları məlumatdan harasa hərəkət etmək, fəaliyyətlərini vaxt təyin etmək, kəmiyyəti qiymətləndirmək və ya keçmişi xatırlamaq üçün necə istifadə edirlər?
Pətəklərin dərinliklərində bal arısı (Apis mellifera) rəqs edir. Rəqs edərkən ətrafına başqa bal arıları arxa ayaqları və antenaları ilə bədəninə toxunaraq yığışırlar. Sonra bu müşahidəçilər bir-bir rəqslərini dayandırır, pətək girişinə doğru istiqamət alırlar və eyni istiqamətə uçurlar. Çünki rəqs edən arı onlara bol qida mənbəyinə qədər olan məsafəni və qida mənbəyinin istiqamətini bildirir. Bir saat ərzində işçi (yeməkçi) arılar qayıdır və öz rəqsləri ilə digər işçi arılara qida mənbəyinin yerini göstərməyə hazır olurlar.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Selcan İbişli
