Böyük Britaniyada aparılan yeni bir araşdırma şirni qəbulunun psixi sağlamlığa mənfi təsirlərini ortaya çıxarıb. Journal of Translational Medicine-də dərc olunan araşdırmada 180 min insanın qidalanma vərdişləri araşdırılıb və işlənmiş şəkərin depressiya riskini yüzdə 31 artırdığı müəyyən edilib.

Son araşdırmalar şirniyyat qəbulunun təkcə fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa mənfi təsirləri olduğunu ortaya qoyub. Alimlər aşkar ediblər ki, çox şirniyyat yemək depressiyaya səbəb ola bilər.
Journal of Translational Medicine jurnalında nəşr olunan araşdırma çərçivəsində İngiltərə Biobankından 180 min adamın qidalanma vərdişləri araşdırılıb. Tədqiqatçılar süni intellektdən istifadə edərək iştirakçıları üç qrupa ayırıblar: daha az heyvani və şəkərli qidalar qəbul edənlər və daha çox meyvə və tərəvəz yeyənlər, bitki, heyvansal və şəkərli qidalar da daxil olmaqla hər şeyi yeyənlər və ümumiyyətlə sağlam qidaları tükətməyən, daha çox şəkərli qidalar qəbul edənlər.
Tədqiqatçılar şiriniyə bağımlı olan qrupun depressiya riskinin 31 faiz daha yüksək olduğunu müəyyən ediblər.
Məlumatları təhlil edən alimlər müəyyən ediblər ki, şirniyə bağımlı olanların təkcə psixi sağlamlıq deyil, həm də diabet və ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemləri riski daha yüksəkdir.
Tədqiqatın rəhbəri Surrey Universitetinin professorudur. Nophar Geifman, "İşlənmiş şəkər bir çox insanın pəhrizində əsas amildir və bu nəticələr cəmiyyət olaraq yeməkdən əvvəl düşünməli olduğumuza dair əlavə sübutlar verir" deyib.
"Heç kim başqalarına nə etməli olduğunu söyləmək istəməz" deyən Geifman, "Bizim işimiz yalnız ictimaiyyəti məlumatlandırmaqdır" deyib.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
