“Son gecə”, “Coming Home”, “Bad Bod for Life” kimi trekləri ilə tanınan “ Diddi ” ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Combs “məcburi əmək, adam oğurluğu, həbs, yandırma, narkotik maddə saxlamaq, rüşvət alma və ədalətə mane olmaq” ittihamı ilə saxlanılıb. Combs-un “təsirindən istifadə edərək zərərçəkmişlərin karyerasına nəzarət etmək üçün təhdid etmək, zərərçəkmişlərə iqtisadi, psixoloji, şifahi və fiziki zorakılıq tətbiq etmək” kimi üsullardan istifadə etdiyi ifadə edilən iddianamədə “narkotik”in ələ keçirildiyi qeyd edilib.
İttihamnamədə həmçinin qeyd olunub ki, Combs şahidlərə və zərərçəkmişlərə susmaq və ya yalançı şahidlik etmək üçün rüşvət təklif edib.
Combs Manhettendə federal məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd etdi.
Sentyabr ayından həbsdə olan və dəfələrlə zaminə buraxılma tələbi rədd edilən amerikalı reper "Diddi"nin məhkəməsinin vaxtı açıqlanıb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, saxlanıldıqdan sonra dünən ilk dəfə Nyu Yorkda hakim qarşısına çıxan Diddi, cinsi ticarət, məcburi əmək, adam oğurluğu, həbs, yandırma, narkotik saxlamaq kimi bir çox cinayətdən mühakimə olunacaq.
Hakim Subramanian, anası və uşaqları ilə birlikdə məhkəməyə gələn vəkilinin tələbi əsasında Diddinin məhkəməsinin 5 may 2025-ci ildə başlanmasına qərar verdi.
Günahı sübuta yetirilərsə, Kombsu minimum 15 il, maksimum ömürlük həbs cəzası gözləyir.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
