Bu gün:

Reynmen və Emir Cansu Kurtaran evləndi


Məşhur cütlük xoşbəxt birliklərini bu gün toyla taclandırıblar. İtaliyanın Amalfi sahillərində təşkil edilən mərasimlə evlənən cütlüyü ailələri və yaxın dostları da tək qoymayıb.

Reynmenin yaxın dostu Emirhan Çakal bu kadrı ilə bəylə gəlinin xoşbəxtliyini üzə çıxarıb.

Emir Cansu Kurtaran Qaliya Lahavdan gəlinlik seçib. Reynmen Loro Pianadan bəy kostyumu geyinib.

Məşhur cütlüyün toyundan kadrlar sosial şəbəkədə paylaşılıb. Digər tərəfdən, keçən il Defne Samyelinin proqramına qatılan Reynmen ailə qurmaq arzusunu bu sözlərlə dilə gətirmişdi: "Çox yaxında ailə sahibi olmaq istəyirəm. Ailə olanda bəzi şeylər çox yaxşı ola bilər. Mən bacardığım qədər çox uşaq sahibi olmaq istəyirəm”.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et