Bu gün:

"Əgər xəstə bir cəmiyyət istəmirsinizsə..."


24media.az-ın növbəti müsahibi Klinik Psixoloq Gülşən Rüstəmovadır. 

Oyuncaqlar uşaqların həyatında həm əyləndirən, həm valideynin idarəetməni əlinə alması üçün böyük bir vasitədir. Uşaqların əqli və fiziki inkişafında böyük rol oynayan oyuncaqlar bəzən təhlükə mənbəyinə belə çevrilə bilir.

"Uşağın nəyəsə münasibətini formalaşdıran, bizim düşüncələrimizdir. Gəlin oyuncaqlara nəzər salaq. Qorxulu pis mənada qeyri-adi gələn oyuncaqları gizlətməyin, əksinə onları alın və evinizə gətirin. Lakin niyə yaxşı olmadığını da izah edin. Tutaq ki, canlılara ziyan verən silah formasında bir qələmdir. Uşağa başa salın, səbəbsiz qadağalar qoymayın."

Mütəxəsiss bildirir ki, əgər xəstə bir cəmiyyət istəmirsinizsə, o zaman reallığa uyğun çarələr tapın. Psixoloji immunitetinizi gücləndirin. 

"Ən pis halda belə, birinci özünüzü o situasiyadan yayındırın, sonra övladınıza və başqa kəslərə kömək edərsiniz. Özü sağlam olmayan kəs başqasına necə kömək edəcək?"

Fidan İbrahim

Paylaş
Şərh əlavə et