Bu gün:

Türk dünyasının mənəvi paytaxtı: Türküstan


Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında Türk Cümhuriyyətləri Prezidentlərinin qəbul etdiyi qərarla “Türk dünyasının mənəvi paytaxtı” elan edilən Qazaxıstanın Türküstan şəhəri zənginliyi ilə yerli və xarici turistlərin diqqət mərkəzindədir. 

Tarixi mənbələrə görə, 2 min illik tarixi olan və əvvəllər “Yesi” adı ilə tanınan Türküstan şəhəri Xoca Əhməd Yəsəvinin doğulub yaşadığı şəhər kimi tanınır.

Türküstan bölgəsində İslamın ilk izlərini simvolizə edən Arslan Baba türbəsi və qədim Otrar şəhəri kimi memarlıq tikililəri də var.

Qazaxıstanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsi olan və 14-cü əsrdə Əmir Teymur tərəfindən inşa edilən Yəsəvi türbəsi şəhərin ən möhtəşəm tikililərindən biridir. Əsər 1993-cü ildə bərpası ilə Türkiyə tərəfindən yenilənib.

Orta Asiya deyil, Türküstan

Bundan başqa, təməli 1992-ci ildə qoyulmuş Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti də şəhər üçün böyük əhəmiyyət kəsb edən binalar sırasındadır.

Bildirilir ki, Türküstanın müasirləşmə və inkişaf səylərində Türkiyədən olan sahibkarların böyük əməyi var.

Böyük sivilizasiyaların çevrilməsini görən coğrafiya: Türküstan

Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin tarix fakültəsinin müəllimi Eren Akdeniz şəhərin ən əhəmiyyətli adının “Pir-i Türküstan” kimi tanınan Xoca Əhməd Yəsəvi olduğunu bildirərək, tarixi və intellektual əhəmiyyətini vurğulayıb.

Aralıq dənizi monqollarının əfsanəvi rəvayətlərində yer alan böyük Otrar fəlakətinin Türküstana çox yaxın olduğunu xatırladaraq, “Bundan əlavə, Türküstan bölgəsində Sauran, Atabəy kimi mühüm məskunlaşma yerləri var. Şübhəsiz ki, Kentaudakı Qara Dağlar Türküstan tarix boyu mühüm hadisələrə şahidlik etmişdir. Böyük sivilizasiyaların çevrilməsini görmüş möhtəşəm bir coğrafiyadır",- deyib.

Akdeniz Türkiyə türklərinin mənsub olduğu oğuz tayfasının da Sırdəryada məskunlaşdığını bildirərək deyib:

"Biz bilirik ki, Sırdərya boyunca çoxlu Oğuz şəhərləri var və bu gün də mövcuddur. Yenə Türküstanın bir qədər kənarında Dədə Qorqudun abidəsi var. Deyilənə görə, onun məzarı Sırdəryanın kənarında olub. Lakin sel səbəbiylə məzar itib, amma sonda Dədə Qorqud dedikdə, Türküstan coğrafiyasında təkcə Türkiyənin deyil, bütün türk dünyasının hörmət etdiyi bir tarixi şəxsiyyətin ovsunlandığını söyləyə bilərik. Tarix boyu həm türk mədəniyyətinə, həm tarixinə, həm də dünya sivilizasiyasına qatqı təmin edən və əhəmiyyətli adlar doğuran, ömür boyu bir dəfə görməyi gözlədiyimiz bir coğrafiyadır".

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et