Bu gün:

Nabta Playa: Bu, məlum olan ən qədim astronomiya rəsədxanasıdırmı?


Misirdəki daşdan dairə olan Nabta Playa, insanlar tərəfindən 7500 il əvvəl yay gündönümünü qeyd etmək üçün istifadə edilmiş ola bilər.

Misirin cənub-qərbində, Asvandan təxminən 280 kilometr cənub-qərbdə yerləşən Nabta Playa, tarixin ən qədim astronomik rəsədxanası olduğu güman edilən sirli daş dairəni ehtiva edir. Bu daş dairənin təxminən 7500 il əvvəl yaşamış qədim nubiyalılar tərəfindən yay yağışını müjdələyən yay gündönümünü qeyd etmək üçün istifadə edildiyi güman edilir.

Bu əsrarəngiz quruluş Stonehengedən 2000 il daha yaşlı olması ilə diqqət çəkir. Bu, onu dünyanın ən qədim məlum astronomik strukturları sırasına qoyur. Bu gün Nabta Playa'nın əsas daşları hər hansı bir zədədən qorumaq üçün Asvandakı bir muzeydə nümayiş etdirilir. Ancaq əvvəlcə bu strukturda Nil çayından təxminən 100 kilometr qərbdə səhrada bir neçə metr hündürlükdə dayanan daşlardan ibarət onlarla daş qrupundan ibarət idi.

Daş dairənin ortasında qəbir tikilisi var idi. 2001-ci ildə aparılan qazıntılar nəticəsində məzarda insan qalıqlarına rast gəlinməsə də, tam inək skeleti tapılıb. Bu tapıntı onu deməyə əsas verir ki, ərazi heyvandarlıqla məşğul olan və mövsümi gölləri izləyən qədim insanlar tərəfindən salınmış ola bilər.

Nabta Playa-da tapılan daşların çoxunun müəyyən ulduzların doğulması ilə uyğunlaşdığı düşünülür. Xüsusilə də dairənin daxilindəki altı daş mühüm səmavi hadisələri göstərən təqvim rolunu oynaya bilər. Bu altı daş 29 tikili daşla əhatə olunmuşdu və bəzi tədqiqatçılar bu daşların ibtidai təqvim kimi istifadə olunduğuna inanırlar.

Bu quruluş qədim insanların səmanı necə öyrəndiyini və astronomiya ilə həyatlarını necə formalaşdırdığını anlamaq üçün böyük bir qapı açır. Nabta Playa sadəcə tarixdən əvvəlki təqvim və ya rəsədxana deyil, həm də bu insanların təbiətlə münasibətlərini və onların mövsümi həyatlarını anlamağa kömək edir.

Mənbə: ntv.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et