Bu gün:

İzmirdə qladiator məzarının içindən 12 nəfər tapılıb


İzmirdə arxeoloqlar 1800 il yaşı olan Fərat adlı bir Roma qladiatoruna aid olduğunu göstərən yazıları olan sarkofaq (sandıq şəklində məzar) tapıblar.

Tədqiqatçılar bazilikanın içərisində əvvəlcə Roma qladiatoru Fərata aid olduğu düşünülən, lakin sonradan onlarla insanı dəfn edən sümüklərlə dolu sarkofaq aşkar ediblər.

Bununla belə, qrup qladiatorun qalıqları əvəzinə 5-ci əsrə aid 12 kişi və qadının sümüklərini tapıb. Bu, sarkofaqdan təxminən 200 il sonra yenidən istifadə edildiyini göstərir.

Qazıntılara rəhbərlik edən Hatay Mustafa Kamal Universitetinin sənətşünası dosent Sinan Mimaroğlu, “Məzarın üzərindəki kitabələrdən bilirik ki, o, əvvəlcə qladiator üçün istifadə olunub və bu sarkofaq eramızın III əsrində tikilib" deyir.

Mimaroğlu və qrupu, Efesin bir hissəsini təşkil edən Ayasuluk təpəsindəki bazilika xarabalıqları içərisində sözügedən Roma türbəsini kəşf edib. Sarkofaqın qapağında və içərisində Türkiyə və Suriyanın digər bölgələrində tapılan imperator məzarlarına bənzər xristian xaç simvolları tapılıb.

Tədqiqatçılar sarkofaqın içərisində 5-ci əsrə aid üç xaç relyefini və sarkofaqın qapağında çox güman ki, 8-ci əsrdə əlavə edilmiş daha bir neçə xaç tapdılar. Mimaroğlu bildirir ki, bu xaçları bölgədəki digər xaçlarla müqayisə edərək, onları oyan insanların inancları haqqında daha çox məlumat əldə etməyi ümid edirlər.

V əsrdə dəfn edilmiş 12 kişi və qadın, ehtimal ki, o dövrdə yüksək statusa malik idi. Mimaroğlu deyir: “Kilsə içərisindəki məzarlar, yəqin ki, yuxarı təbəqəyə və ya ruhanilərə aid idi, çünki adi bir insanın kilsənin içində bu qədər diqqətlə dəfn edilməsi mümkün deyil”. 

Mənbə: arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et