24media.az-ın növbəti müsahibi Psixiatr Azər Bağırovdur.
Səbəbsiz yerə qulağımıza gələn səslər şizofreniyadan xəbər verir?

Qulağımıza gələn səslər halüsinasiyalar adlanır.
Halüsinasiyaların iki növü var: yalançı və gerçək.
Qulağımıza hər zaman gələn səslərin şizofreniya ilə bir əlaqəsi yoxdur. Adının çağırılmasını eşitmək, qapı tıqqıltısı səsi, müəyyən qısa çəkən səslər eşitmək yalançı halüsinasiyalardı. Bu nüanslar təşviş pozuntusu olan insanlarda özünü göstərir.
Şizofreniya xəstələri çox zaman Allah mənimlə danışır, müəyyən qurğularla, telepatiyalarla, şüa göndərməklə əlaqə qurur kimi ifadələr işlədir.
Mütəxəssis bildirir ki, bu səslər bəzən əmr formasında olur, bu zaman xəstədən bəzi şeylər etməsini tələb edir. Belə olduqda o, ətrafa da özünə də zərər verə bilər, hətta kiməsə hücum belə edə bilər. Çünki, tənqidi yanaşması yoxdur və real həyatdan uzaqdadır.
Vaxtında və düzgün müalicə ilə bu səslər aradan qalxa bilir.
Fidan İbrahim
