Bu gün:

Maraqlı fobiyalar


İnsanlar arasında bilinən və öyrəşdiyimiz “adi” fobiyalarımız var. Amma eşidəndə bizi təəccübləndirəcək fobiyalar da mövcuddur.

• Selenofobiya

Selenofobiya ay işığından və ya aydan qorxmaq deməkdir. Fərdlərin gənc yaşda məruz qaldığı vampir və ya canavar hekayələri bu qorxuya səbəb ola bilər. Xüsusilə tam ay uğursuzluqla əlaqələndirilir və pis bir şeyin baş verəcəyi narahatlığı ilə dərin bir çaxnaşma yaranır.

• Helyofobiya

Aydan qorxan, amma günəşdən qorxmayan varmı? Təbii ki, mümkündür... Heliofobiya günəş qorxusu deməkdir. Bu fobiyanın arxasında dəri xərçəngi qorxusu dayanır. Bundan əlavə, dərinin vaxtından əvvəl qocalması, çillər və ləkələr kimi narahatlıqlar da təsirli olur. Bəziləri üçün uşaqlıqda yaşadıqları günəşdən qaynaqlanan allergik reaksiyalar bir tetikleyicidir.

• Katoptrofobiya

Güzgülərdən və ya güzgünün qırılmasından qorxan insanlara katoptrofobik deyilir. Bu fobiya insandan insana fərqli xüsusiyyətlər göstərə bilər. Bəziləri üçün, həqiqətən narahat edən şey əkslərdir. Təzə yuyulmuş və ya cilalanmış avtomobil, hətta durğun bir gölməçə də onlara eyni təsir göstərə bilər. Bəziləri üçün qorxunun əsası xurafatlarda və ya güzgülərin ruhlarla əlaqələndirilməsidir.Bəzi hallarda insan özünü görməkdən qaçır. Onların fotoşəkillərini və ya videolarını çəkmək də onlarda oxşar reaksiyalara səbəb ola bilər.

• Somnifobiya

Somnifoblar yatmaqdan qorxurlar. Bu fobiya da insandan insana dəyişə bilər. Bununla belə, bütün bunların əsasında nəzarəti itirmək narahatlığı dayanır. Bəzi insanlar yuxunu ölüm forması kimi qəbul etdiklərindən qorxurlar. Bəziləri üçün kabuslar və ya yuxuda gəzmə ehtimalı tetikleyici faktordur. Bəzi hallarda, insan yatırsa, ehtiyac duyduğunda yaxınlarını eşitməməkdən qorxur.

• Sibofobiya

Kibofobiya yemək qorxusu deməkdir. Bəzi hallarda fərdlər eyni dərəcədə bir şey içməkdən qorxurlar. Bu, adətən bir şey yeyərkən az qala boğulma və ya pis qida zəhərlənməsi kimi travmatik təcrübələrdən qaynaqlanır. Bu fobiyadan əziyyət çəkən insanlar düzgün qidalanmadıqları və çox şey yeməkdən imtina etdikləri üçün ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər.

• Omfalofobiya

Omfalofobiklər göbəkdən iyrənirlər və qorxurlar. Onlar heç vaxt öz göbəklərinə toxunmurlar. Hətta göbək düyməsini görmək belə onlarda həddindən artıq reaksiyalara səbəb ola bilər. Bu qorxunun arxasında göbək, hamiləlik və uşaqlıq haqqında düşüncələr ola bilər. Gigiyena narahatlıqları da ümumi səbəbdir.

Mənbə: Gizushka

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et