Arxeoloqlar Misirin Orta Krallığı dövründə (e.ə. 2030-1640-cı illər) yaşamış yerli qubernatorun qızı İdinin məzarını aşkar ediblər. Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, İdi biri digərinin içərisinə qoyulmuş iki tabutda dəfn edilib.

Qazıntıda iştirak edəm Berkli Kaliforniya Universitetinin qədim Misir incəsənəti və memarlığı professoru Ketlin Kuni deyir ki, “Orta Krallığın iki bütöv tabutunun tapılması qeyri-adi hadisədir”. Cooney-ə görə, bu tabutlar nəinki yaxşı qorunub, həm də mərhumun axirətdə yolunu tapmasına kömək edən mürəkkəb tabut yazıları ilə örtülmüşdür. Qazıntıda iştirak etməyən Saskaçevan Universitetinin tarix professoru Caroline Arbuckle deyir ki," Bu yeni tabut yazıları misirlilərin axirətə necə baxdıqları barədə daha çox məlumat verə bilər. Misirşünasların yeni variasiyalar tapması həmişə mümkündür ki, bu da bizə qədim misirlilərin əbədi cənnətlərinə çatmalarına mane ola biləcək şeylərdən qorxduqlarını anlamağa kömək edir."
İdi eramızdan əvvəl 1961-1917-ci illər arasında hökmdarlıq edən I Senvosretin dövründə yaşamış və o dövrün ən önəmli şəxslərindən biri olan Asyut valisi Djefaihapinin qızı idi.
Qədim dövrlərdə qəbir qarət edilsə də, skeletin bəzi hissələri hələ də qalmaqdadır. Bu skelet qalıqlarının təhlili qadının çox güman ki, 40 yaşından əvvəl öldüyünü ortaya qoyub.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
